“Brent” ucuzlaşdı

2 Noyabr 2026 09:47

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 3,14% azalaraq 1 barelə görə 109,87 ABŞ dolları təşkil edib.

Milli.Az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 3,33% azalaraq 100,65 ABŞ dollarına bərabər olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)