Göbək rəqsi ilə sosial şəbəkələrdə böyük populyarlıq qazanan Yasin Cengiz bu dəfə xəstəxanadan yayılan görüntülərlə gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, internetdə paylaşılan kadrlarda fenomenin əlil arabasında xəstəxanaya aparıldığı əks olunub. Onun artıq çəkisinin gündəlik hərəkətinə mane olduğu və bu səbəbdən çətinlik yaşadığı iddia edilir.
Lakin Yasin Cengizin hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi, eləcə də səhhətinin hazırkı vəziyyəti barədə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Yasin Cengiz "Biser King"in "Dom Dom Yes Yes" ("Skibidi Dop Dop") mahnısının müşayiəti ilə ifa etdiyi özünəməxsus göbək rəqsi sayəsində dünya miqyasında tanınıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)