Formula 1 üzrə dünya çempionatının Meksikada təşkil olunan mərhələsində Maks Verstappen finişə hamıdan tez çataraq birinciliyi əldə edib.
Milli.Az xəbər verir ki, "Red Bull" komandasını təmsil edən niderlandlı pilot Mexiko şəhərindəki Rodriges qardaşları avtodromunda baş tutan yarışda rəqiblərini qabaqlayıb.
"Ferrari"nin britaniyalı sürücüsü Luis Hamilton ikinci, "Mercedes"in italiyalı pilotu Kimi Antonelli isə üçüncü pillədə qərarlaşıb.
Formula 1 üzrə dünya çempionatında növbəti mübarizə noyabrın 6-8-də Braziliyada baş tutacaq.
Müəllif: Tural Hüseyn