Misli Premyer Liqasında 10-cu tur davam edir.
Milli.Az xəbər verir ki, üçüncü oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
"Şamaxı" öz meydanında "Neftçi"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatlb. Beləliklə, paytaxt klubu bu qələbə ilə turnir cədvəlində liderliyə yüksəlib. Qeyd edək ki, digər komandalardan bir oyun az keçirən "Sabah" 20 xalla ikinci, "Qarabağ" isə 19 xalla üçüncü pillədə qərarlaşıb.
"Kəpəz" isə doğma divarlar arasında "İmişli"ni sınağa çəkib. Görüş "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası
10-cu tur
1 noyabr (bazar)
17:30. "Kəpəz" - "İmişli" - 1:0
Qol: Namik Ələskərov, 77
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov, Rəşad Əhmədov (VAR), Kərim Zeynalov (AVAR)
Gəncə şəhər stadionu
15:00. "Şamaxı" - "Neftçi" - 2:3
Qollar: Qustavo Klisman, 14 (0:1), Abdullahi Şuaybu , 24 (1:1), Breno Almeyda, 49 (1:2), Ayman Bouali, 64 (2:2), Adeleke Akinyemi, 75 (2:3)
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev, Kamal Umudlu (VAR), Vüsal Məmmədov (AVAR)
Şamaxı şəhər stadionu
2 noyabr (bazar ertəsi)
19:00. "Sumqayıt" - "Şəfa"
30 oktyabr (cümə)
"Turan Tovuz" - "Sabah" - 3:2
31 oktyabr (şənbə)
"Qəbələ" - "Qarabağ" - 0:0
"Araz-Naxçıvan" - "Zirə" - 2:2
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)