“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi

1 Noyabr 2026 18:56

Türkiyənin "Fənərbaxça" komandası "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasa 3 illik müqavilə təklif edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, litvalı baş məşqçi ilə İstanbul təmsilçisi arasında əlaqələr qurulub və danışıqlar aparılır.

Yaxın günlərdə bu keçidlə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mediası "Fənərbaxça"nın "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova da təklif göndərdiyini yazmışdı.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)