Fransada zorakılığa çevrilən kütləvi etirazlar zamanı polislə toqquşmalarda təxminən 60 nümayişçi yaralanıb.
Milli.Az-ın "Report"a istinadən məlumatına görə, yaralanan etirazçılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.
Öz növbəsində "Le Parisien" qəzeti Fransa Daxili İşlər Nazirliyinin hesabatına istinadən şənbə günü keçirilən etirazlar zamanı ümumilikdə təhlükəsizlik orqanlarının 159 əməkdaşının yaralandığını bildirib. Nazirlik həmçinin dünənki iğtişaşlar zamanı 515 yanğın hadisəsi və 36 müəssisənin zərər çəkdiyini bildirib.
Nazirliyin məlumatına görə, saxlanılanların sayı da 779-a çatıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)