Bolqarıstanda prezident seçkiləri davam edir

1 Noyabr 2026 11:27

Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb.

Milli.Az xəbər verir ki, səsvermə yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 9:00) başlayıb və ölkədə 12 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir.

İkinci turda prezidentlik uğrunda İliana Yotova və Andrey Qyurov mübarizə aparırlar.

Səsvermənin ilk qeyri-rəsmi nəticələri saat 20:00-da, seçki məntəqələri bağlandıqda məlum olacaq. Rəsmi nəticələr 4 noyabrdan gec olmayaraq açıqlanacaq.