Göygöldə ağır qəza - Yaralananlar var

1 Noyabr 2026 09:18

Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Prius" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı bordürə çırpılıb.

Qəza nəticəsində 2005-ci il təvəllüdlü O. Abbaszadə, T. Məhərrəmov, Ü. Bayramlı və 2004-cü il təvəllüdlü X. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)