Tramp Zelenskini G20 sammitinə dəvət edəcək

1 Noyabr 2026 09:10

ABŞ Prezidenti Donald Tramp dekabr ayında Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək Böyük İyirmiliyin (G20) sammitinə Ukrayna Prezidenti Volodimir Zelenskini dəvət etmək niyyətindədir.

Jurnalistin Zelenskini "Böyük iyirmiliyin" görüşünə dəvət edib-etməyəcəyi ilə bağlı sualını cavablandıran Tramp "Bəli, bunda heç bir problem yoxdur", - deyə bildirib.

"Düşünürəm ki, Ukrayna ilə Rusiya arasında müharibə o qədər də uzaq olmayan gələcəkdə başa çatacaq", - deyə ABŞ Prezidenti əlavə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)