Fazil Əliyev vəfat etdi

31 Oktyabr 2026 17:18

Naftalan Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) keçmiş direktoru Fazil Əliyev dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə Naftalan şəhəri üzrə gənclər və idman sektoru məlumat yayıb. 

Fazil Tofiq oğlu Əliyev 1993-2016-cı illərdə Naftalan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, 2016-2022-ci illərdə isə məşqçi-müəllim vəzifəsində çalışıb. O, idman sahəsində göstərdiyi xidmətlərə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin 5 mart 2021-ci il tarixli, S-01 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adına layiq görülüb.