Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı

31 Oktyabr 2026 15:40

Gəncə şəhər ərazisində yerləşən mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Araşdırma davam etdirilir.