“Yay arzuları” yaradıcılıq sərgiləri baş tutdu - (Foto)

31 Oktyabr 2026 12:32

Böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngizliyini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədi ilə "Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!"  layihəsi çərçivəsində növbəti - "Yay arzulari" adlı yaradıcılıq sərgiləri baş tutdu. 
Mövzusu yay fəslinin yaratdığı əhval-ruhiyyə, ətrafımdaki yay mənzərəsi, yayda təbiətin rəngləri, yay xəyallarım və xəyalımda qalan yay səhnəsi olan sərgiyə 8-21 yaş arası 900-dən çox yerli və əcnəbi iştirakçı 1300-ə yaxın əsər təqdim etmişdir.

Seçimlər mövzu və ölçü nəzərə alınmaqla aparıldı və bir çox iştirakçının 2 və ya daha çox əsərinin seçilməsinə baxmayaraq, hər müəllifdən bir əsər prinsipi ilə 600-dən çox müəllif sərgidə iştirak  etmək  hüququ qazanmışdı və əsərlər  2026-cı il 27,28 oktyabr tarixlərində hər gün saat 12:00 və 16:00 olmaqla yaş kataqoriyalarına uyğun, növbəli səkildə Xətai Sənətn Mərkəzində sərgiləndi və iştirakçılara sertifikat təqdim olundu.

Tədbirdə eyni şərtlərlə Moldovadan 33, Türkiyədən 25 , Serbiyadan 14, Xorvatiyadan 13,Rusiyada 8, Belarusiyadan 3, Tayvandan 3, İrandan 2, Bolqarstandan 2  müəllif iştirak edirdi  və əsəri katoloqda yer alan əcnəbi iştirakçıya online sertfikat təqdim olunacaq.
Sərginin kataloqu: https://online.fliphtml5.com/udgyq/ttjj/

Nəzərinizə çatdıraq ki, sərgi Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası,Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzinin təşkilatçılığı , həmçinin, Azərbaycan  Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-i, Xətai rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə baş tutdu.

Layihənin təbiətin qorunmasına, həmçinin, gəncliyin təbiətlə təmasına  tövhə verəcəyinə inanırıq! 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az