Azərbaycanlı alim vəfat etdi

31 Oktyabr 2026 11:25

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. 

O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texniki Universitetində fəaliyyət göstərib.

S.Əkbərov bu gün Bakıda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)