Zaqatalada qaz olmayacaq

31 Oktyabr 2026 00:12

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, rayonun A.Həmidov, Vaqif, İ.Şamil, S.Qazıyeva, Ü.Hacıbəyov, Tağıyev və N.Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)