Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın

1 Noyabr 2026 03:03

Mətbəxdə tez-tez istifadə olunan bəzi elektrik cihazları söndürülsələr də, toka qoşulu qaldıqda həm lazımsız enerji sərfiyyatına, həm də yanğın təhlükəsinə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, gözləmə (standby) rejimində qalan bu cihazlar elektrik xərclərini 5-10% (və ya 8%-ə qədər) artıra bilər.

Milli.Az yanğın və enerji riski daşıyan 3 əsas cihazı təqdim edir:
Aerofriturka (Air Fryer): Sönülü olsa belə, az miqdarda elektrik cərəyanı çəkməyə davam edir. İsitlik ayıran bu cihazı istifadədən sonra tokdan çıxarmaq və digər yüksək güclü alətlərlə eyni elektrik yuvasına qoşmamaq tövsiyə olunur.

Tost aparatı (Çörək qızardan): Daxilindəki qızdırıcı tellər və zamanla yığılan çörək qırıntıları elektrik nasazlığı zamanı yanğına səbəb ola bilər. Həmçinin, cihazın söndürmə mexanizmi xarab olduqda söndürülmüş görünsə də cərəyan almağa davam edir.

Qəhvə maşını: Taymerlə fəaliyyət göstərən və gün boyu toka qoşulu qalan qəhvə maşınları nəzarətsiz qaldıqda təhlükə yaradır. Cihazı yalnız istifadə edəcəyiniz zaman toka qoşmaq lazımdır.

Nə etməli?
Potensial risklərin və əlavə xərclərin qarşısını almaq üçün bu cihazların işi bitdikdən dərhal sonra vilkasını (ştekeri) cərəyandan çıxarmaq ən sadə və təhlükəsiz həll yoludur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)