Beton panellər aşıb, 250 metrlik ərazidə təhlükəli vəziyyət yaranıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Astarada Pensərçayda sürüşmə olub. İstinad divarı üçün salınan bənd çaya tökülüb. Sürüşmə kənd daxili yolun da bir hissəsinin dağılmasına səbəb olub.
Aşmalar Vaqo kəndində baş verib. Beton bəndlər dağılaraq, torpaq qatı ilə birlikdə çaya tökülüb. Nəticədə kənd daxili yolun bir hissəsi uçub.
Sakinlər deyir ki, çayın suyu çox olsa idi, daha böyük fəlakətə yol açardı.
Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin qısa müddətdə aradan qaldırılması üçün, texnika vasitəsi ilə çayın məcrası dəyişdirilir.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri olaraq, lentlənmə işləri aparılıb. Əraziyə ciddi nəzarət olunur ki, nəqliyyat vasitələri dağılan yoldan keçəndə təhlükəli vəziyyət yaranmasın.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)