Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo və Joao Feliksin noyabrda keçiriləcək Millətlər Liqası oyunlarına hazırlıq prosesinə qoşulması üçün "Əl-Nəsr" klubuna rəsmi müraciət ünvanlayıb.
Milli.Az xəbər verir ki, bu barədə "Ariyadhiah" nəşri məlumat yayıb.
Federasiya hər iki futbolçunun milli komandanın düşərgəsinə buraxılmasını istəyib.
Qeyd edək ki, Portuqaliya millisi noyabrın 14-də Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Danimarka, noyabrın 17-də isə 6-cı tur çərçivəsində Uelslə qarşılaşacaq. Komandaya Jorje Jezuş rəhbərlik edir. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)