Bu gün Misli Premyer Liqasında 10-cu tura start verilib.
Milli.Az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib.
Turun mərkəzi oyunu hesab edilən qarşılaşmada 4-cü pillədə qərarlaşan "Turan Tovuz" lider "Sabah"ı qəbul edib. Gərgin keçən matçda Tovuz təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Bu, "Sabah"ın cari mövsüm çempionatda ilk məğlubiyyəti olub.
30 oktyabr (cümə)
18:30."Turan Tovuz" - "Sabah" - 3:2
Qollar: Enrike Silva, 28 (1:0), Jo Batista, 30 (2:0), 67 (3:0), Coy Lens Mikels, 70 (3:1), Ksander Severina, 87 (3:2)
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov, Fərid Hacıyev (VAR), Müslüm Əliyev (AVAR)
Tovuz şəhər stadionu
31 oktyabr (şənbə)
15:00."Araz-Naxçıvan" - "Zirə"
17:30."Qəbələ" - "Qarabağ"
1 noyabr (bazar)
15:00."Şamaxı" - "Neftçi"
17:30"Kəpəz" - "İmişli"
2 noyabr (bazar ertəsi)
19:00."Sumqayıt" - "Şəfa"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)