Yenidən sədr və müavin oldular

30 Oktyabr 2026 18:31

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iclasda YAP-ın Vlll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri sədr vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə Nizami Səfərovun namizədliyini irəli sürüblər.

Sevinc Hüseynova YAP Təftiş Komissiyasının sədri, Nizami Səfərov sədr müavini seçilib.

Qeyd edək ki, bundan öncə, YAP-ın Vll Qurultayından sonra da formalaşdırılmış Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, sədr müavini Nizami Səfərov olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)