Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

30 Oktyabr 2026 17:06

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində, Olimpiya İdman Kompleksinin qarşısında baş verib.

"Maple" markalı avtomobil yolu qarşı tərəfə keçən 2017-ci il təvəllüdlü N.Oruclunu vurub. Xəsarət alan 9 yaşlı uşaq Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)