Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov

30 Oktyabr 2026 16:18

Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması üçün zəruri siyasi və hüquqi addımlar atmalıdır.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov bu barədə oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxışı zamanı danışıb.

Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etdiyini, münaqişəyə son qoyduğunu və Azərbaycan tərəfindən irəli sürülmüş prinsiplər əsasında hazırlanmış sülh sazişi mətninin ötən il paraflandığını diqqətə çatdırıb.

Çıxış zamanı Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, müasir infrastrukturun yaradıldığı, təxminən 100 min nəfərin həmin ərazilərdə yaşadığı, işlədiyi və təhsil aldığı bildirilib.

Qeyd edək ki, sammitin sonunda Ankara Bəyannaməsi qəbul olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)