Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədr müavini Azərbaycana gəlib

8 İyun 2010 12:11
APA-nın məlumatına görə, qonaq Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Jurnalistlərə açıqlama verən Fiorelli Provera Azərbaycana səfərində məqsədin Avropa İttifaqı ilə Azərbaycan və digər Cənubi Qafqaz ölkələri arasında "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığı genişləndirməkdən ibarət olduğunu deyib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, dövlətlərin sərhədlərinin toxunulmazlığı,
beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdar olduqlarını deyən F. Provera
İsrail-Türkiyə münasibətlərinə də toxunub. O qeyd edib ki, Qəzza sektoruna yardım aparılması ilə bağlı baş verənlərə iki baxımdan yanaşmaq lazımdır: "Bu ilk növbədə humanitar bir tədbir idi. Digər tərəfdən məsləyə İsrailin təhlükəsizliyi baxımından baxmaq lazımdır. Qəzzaya yardım göstərilməlidir, eyni zamanda İsrailin təhlükəsizliyi də təmin olunmalıdır".

/APA/