Şəhid Raqif İsayevin anası vəfat etdi

30 Oktyabr 2026 15:31

Ağstafada şəhid anası vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ağstafa rayon Saloğlu qəsəbəsində şəhid Raqif İsayevin anası, Şahzadə İsayeva dünyasını dəyişib.

Qeyd edək ki, şəhid R.İsayev Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub. O, 2 il öncə Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olub. Ona şəhid statusu verilib və ölkə başçısının imzaladığı Sərəncamla ölümündən sonra "Minatəmizləmə sahəsində xidmətlərinə görə" medalı ilə təltif olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)