Müğənni Nəfəsin ifası Əməkdar artist Vasif Məhərrəmlinin diqqətini çəkib.
Milli.Az xəbər verir ki, sənətçinin səsləndirilən mahnının ritminə uyğun olaraq ürəkdən rəqs etməsi məclisdə lentə alınan görüntülərə yansıyıb.
Məclislərin birində qeydə alınan videoda Vasif Məhərrəmlinin musiqinin ahənginə qapılaraq rəqs etdiyi görünür. Onun coşqulu hərəkətləri izləyənlərin də marağına səbəb olub.
Görüntülər sosial şəbəkələrdə müzakirə yaradıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)