Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)

31 Oktyabr 2026 10:59

Müğənni Zahidə Günəş yaxın zamanda yeni biznes layihəsinə start verəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə canlı efirdə danışaraq açacağı məkanla bağlı bəzi detalları bölüşüb.

O, bildirib ki, yaxın vaxtlarda obyektin açılış mərasimi keçiriləcək və tədbirə şou-biznes nümayəndələri də dəvət olunacaq. Müğənni həmkarlarından açılışda heç bir xərc çəkmələrini gözləmədiyini xüsusi vurğulayıb:

"Yaxın vaxtlarda böyük bir işə başlayacağam. Açılışı olacaq, həmkarlarım da gələcək. Heç kim açılışda bir manat belə xərcləməyəcək. Başqa vaxt ürəyi istəyən gəlib yeyib-gedər".

Zahidə Günəş bizneslə bağlı daha bir maraqlı məqama da toxunub. O, məkanın icarəyə götürülməyəcəyini, əksinə, özünə məxsus olacağını bildirib: "Məkan kirayə deyil. Mən almağı sevirəm".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)