İsrail 450 gün sonra jurnalisti azad etməyə məcbur oldu

30 Oktyabr 2026 14:35

SEPAH-a bağlı "Tasnim" xəbər agentliyinin İordan çayının qərb sahilindəki müxbiri, fələstinli jurnalist Fərəh Əbu Əyyaş 450 gün həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilib.

Məlumata görə, hərbi məhkəmə sübutların kifayət etmədiyini əsas gətirərək, Fərəh Əbu Əyyaşa bütün ittihamlardan bəraət verib.

Bildirilib ki, onun işi üzrə məhkəmə iclasları dəfələrlə təxirə salınıb, jurnalist isə bu müddətdə İsrailin "Damon" zindanında saxlanılıb.

Qeyd edək ki, jurnalist 2025-ci il avqustun 6-da İsrail hərbçilərinin İordan çayının qərb sahilindəki Hevron şəhərinin şimalında yerləşən Beyt Ummar qəsəbəsindəki evinə gecə basqını zamanı saxlanılmışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)