Zərdabda ağır qəza: Dörd nəfər xəstəxanaya yerləşdirildi

30 Oktyabr 2026 13:18

Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qoruqbağı kəndi ərazisində qeydə alınıb.

Rayon sakini 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi "Opel Astra" markalı avtomobillə Ağdam rayon sakini 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi "KIA Forte" markalı maşın toqquşub.

Hadisə nəticədə sürücülər və "KIA Forte"nin sərnişinləri - 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü Tural Bəxtiyarov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)