Salyanda məktəbə “Molotov kokteyli” atıldı

30 Oktyabr 2026 12:54

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb.

Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.

Araşdırma davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)