Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Fənərbağça" və "Qalatasaray"ın futbolçularını cəzalandırıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Buna komandalar arasında keçirilmiş Superliqa oyununda yaşananlar səbəb olub.
"Fənərbağça"nın oyunçusu Arçi Brauna 3, "Qalatasaray"dan Abdüllkerim Bardakçıya 2 oyunluq cəza verilib. Futbolçular matçda bir-biri ilə dava ediblər.
Xatırladaq ki, İstanbul derbisi "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)