Bakıda 31 yaşlı kişi bıçaqlanıb.
Milli.Az xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Rövşən Vidadi oğlu Ələkbərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)