Məşhur türk serialının aktyoru sərxoş halda saxlanıldı

30 Oktyabr 2026 09:06

"Sevdiğim sensin" serialında "Fərman" obrazını canlandıran aktyor Emrah Aytemur yol polisi tərəfindən saxlanılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yoxlama zamanı aktyorun 2,69 promil spirtli içki qəbul etdiyi müəyyən edilib. Onun sürücülük vəsiqəsi əlindən alınıb və barəsində istintaq başladılıb.

Məhkəmənin qərarı ilə E.Aytemura verilən 6 aylıq həbs cəzası 18 min lirə məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)