"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır

29 Oktyabr 2026 23:22

İspaniyanın "Barselona" klubu yeni hücumçu transferini maliyyələşdirmək məqsədilə komandanın üç əsas ulduzunu satmağı planlaşdırır.

Milli.Az xəbər verir ki, İspaniya mətbuatında yayılan xəbərlərə görə, klubun idman direktoru Deko hücum xəttini gücləndirmək üçün ümumilikdə 150 milyon avro vəsait toplamağı hədəfləyib.

Qavi, Balde və De Yonq satış siyahısında: Rəhbərlik gənc yarımmüdafiəçi Qavi üçün 50 milyon avro, sol cinah müdafiəçisi Alexandro Balde üçün 40 milyon avro, niderlandlı ulduz Frenki de Yonq üçün isə 60 milyon avro qiymət təyin edib.

Kataloniya təmsilçisinin əsas hədəfi "Bayern Münhen"in ingiltərəli hücumçusu Harri Keyndir. "Barselona" rəhbərliyi təcrübəli forvardı komandaya gətirmək niyyətindədir.

Lakin bu transfer yalnız Keynin "Bayern"lə 2027-ci ilin iyun ayına qədər olan müqaviləsini uzatmayacağı təqdirdə gerçəkləşə bilər. Əgər hücumçu Almaniya klubu ilə yeni sözləşmə imzalamasa, "Barselona" rəsmi təkliflə "Bayern"in qapısını döyəcək. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)