Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)

29 Oktyabr 2026 23:38

Bakıda dəmir yolu ətrafında yerləşən evlərin söküntüsünə başlanılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmiryolu xətti üzrə layihələndirmə işləri ilə əlaqədar ərazidəki bəzi evlərin söküntüsü işlərinə start verilib.

Sakinlər sözlərinə görə, plana düşən evlərin hər kvadrat metrinə görə 1200 manat kompensasiya ödənilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirildi ki, sözügedən dəmir yolu xəttinin layihələndirmə işlərinin 30%-i artıq yekunlaşıb.

O, da qeyd edilidi ki, proses davam etdirilir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)