“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”

29 Oktyabr 2026 22:41

Rusiya ilə Avropa arasında müharibə baş verərsə, heç kim bu münaqişədən qalib kimi çıxmayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin bildirib.

"Əgər vəziyyət həddindən artıq gərginləşərsə, heç kim qalib gəlməyəcək. Bunu heç kim unutmasın", - deyə prezident bildirib.

O əlavə edib ki, Avropa liderləri indiyədək Rusiyaya strateji məğlubiyyət yaşada bilməyiblər və 2030-cu ilə qədər də bunu bacarmaları ehtimalı çox aşağıdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)