"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova

30 Oktyabr 2026 01:01

"Qadın dözümlü olmalıdır. Qadından çox şey asılıdır: ailəni saxlamaq, uşaqları tərbiyə etmək".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova MTV-də qonaq olarkən deyib. Aktrisa qadınların ailədəki məsuliyyətindən danışıb, qızına verdiyi məsləhətləri bölüşüb:

"Qadın heç də kişidən əskik çalışmır. Amma qadının işi daha çoxdur. Qadın işdən sonra evə gəlir, ev işi, uşaq problemi... Qızıma deyirəm ki, döz. Çox şükür, qızım ağıllıdır. Müdrik qızdır, çox götür-qoy edir, fikirləşir. Amma görürəm ki, düzgün qərar verir".

Qeyd edək ki, Bilqeyis Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailəlidir. Cütlüyün bir övladı var. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)