Xətai və Suraxanıda qaz olmayacaq

29 Oktyabr 2026 19:40

Bəzi ərazilərdə qaz olmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 30.10.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)