NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb.
Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq, yaralıların təxliyəsi, humanitar yüklərin və şəxsi heyətin daşınması, eləcə də aşağı hündürlükdə uçuşlar icra edilib. Bununla yanaşı, aviasiya vasitələrində yarana biləcək müxtəlif nasazlıqların aradan qaldırılması zamanı heyətlərin fəaliyyəti yoxlanılıb.
NATO qiymətləndiricilər qrupu tərəfindən bəyan edilmiş helikopter cütlüyü və onun ekipaj heyətinin, o cümlədən aidiyyəti bölmələrin imkan və qabiliyyətləri yüksək qiymətləndirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)