Ceyranbatanda 8 şagird zəhərləndi

29 Oktyabr 2026 17:46

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.

Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.

________________

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin zəhərlənən şagirdlərinə tibbi yardım göstərilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 29-da saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)