Ermənistanın paytaxtı İrəvandan Rusiyanın Mineralnıye Vodı şəhərinə uçan təyyarə havaya qalxdıqdan təxminən 15 dəqiqə sonra təhlükə siqnalı verib.
Milli.Az xəbər verir ki, Rusiyanın "Azimut" aviaşirkətinə məxsus təyyarənin ekipajı problemin yarandığını bildirdikdən sonra hava gəmisi İrəvanın Zvartnots hava limanına doğru geri dönməyə başlayıb.
İlkin məlumatlara əsasən, təyyarənin göyərtəsində təxminən 108 nəfər olub.
Monitorinq sistemlərinin məlumatlarına görə, təyyarə Zvartnots hava limanı yaxınlığında dövrə vurub.
Təyyarənin sonrakı taleyi ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)