Fransa millisinin və "Real Madrid"in ulduz futbolçusu Eduardo Kamavinqanın komanda yoldaşı Arda Gülərə dəstəyi diqqət çəkib.
Milli.Az xəbər verir ki, fransalı yarımmüdafiəçi Türkiyə millisinin formasını geyinərək kamera qarşısına keçib. Onun bu görüntüsü futbol azarkeşlərinin, xüsusilə də türkiyəli fanatların marağına səbəb olub.
Qeyd edək ki, Eduardo Kamavinqa və Arda Güler İspaniyanın "Real Madrid" klubunda birgə çıxış edirlər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)