"Fənərbağça" klubu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu potensial məşqçilər siyahısına daxil edib.
Milli.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist və şərhçi Sərdar Əli Çelikler məlumat yayıb.
Məlumata görə, namizədlər arasında Qurban Qurbanovla yanaşı Vinçentso Montella, Abdullah Avcı, Volkan Dəmirəl və Dirk Kuytın da adı çəkilir.
Çelikler bildirib ki, əgər klub rəhbərliyinin düşüncələrinə tam uyğun gələn namizəd olsaydı, Roma ilə oyundan sonra istefa qəbul edilərdi.
Qeyd edək ki, İsmail Kartalın ayrılmasından sonra "Fənərbağça" müvəqqəti olaraq köməkçi məşqçi Dirk Kuyta tapşırılıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)