Sibel Canın lüks avtomobilinə həbs qoyuldu

29 Oktyabr 2026 14:45

Türkiyəli müğənni Sibel Canın adı uzun müddətdir davam edən avtomobil mübahisəsi ilə yenidən gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin lüks nəqliyyat vasitəsi ilə bağlı 14 ildir davam edən hüquqi prosesdə yeni qərar və ya addım atıldığı bildirilir.

Türkiyə mətbuatının məlumatına görə, avtomobil qalereyasının sahibi mübahisə predmeti olan maşınla əlaqədar icra tədbirlərinə başlayıb. Nəticədə Sibel Canın avtomobilinə həbs qoyulduğu barədə xəbərlər yayılıb.

İllərdir həllini tapmayan məsələ ilə bağlı son gelişmələr maqazin gündəmində diqqət çəkib. Məhkəmə çəkişməsinin hansı nəticə ilə yekunlaşacağı və avtomobilin taleyinin necə olacağı barədə isə hələlik ətraflı məlumat yoxdur.

Qeyd edək ki, Türkiyənin tanınmış sənətçilərindən olan Sibel Can həm musiqi fəaliyyəti, həm də şəxsi həyatı ilə tez-tez medianın diqqət mərkəzində olur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)