Türkiyənin ATV telekanalında yayımlanan "Var Mısın Yok Musun" yarışmasının iştirakçısı Zeynəb şən davranışı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, veriliş zamanı onun özünəməxsus gülüşü studiyada xoş anlar yaşadıb. Zeynəbin gülməsi ətrafındakıları da güldürüb və həmin anlar izləyicilərin diqqətini çəkib.
Proqramdan yayılan görüntülər sosial şəbəkələrdə də maraqla qarşılanıb. İstifadəçilər Zeynəbin səmimi reaksiyasını əyləncəli hesab ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)