İranda iki zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ilk yeraltı təkan Semnan və Gülüstan əyalətlərinin sərhədində qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkan yerli vaxtla saat 01:01-də Semnandan 20 kilometr, Qorqandan isə 27 kilometr məsafədə yerləşən Mojen şəhəri yaxınlığında baş verib.
Bundan əlavə, Tehranın Rudehen şəhəri yaxınlığında da 2,7 maqnitudalı zəlzələ qeydə alınıb.