Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib.
Milli.Az Modern.az-a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib.
Bu göstərici digər illərlə müqayisədə azdır. Son 5 ildə ən yüksək göstərici isə 2024-cü ildə qeydə alınıb.
Son beş ildə cəzaçəkmə müəssisəsində qeydə alınan doğumlar:
2021-ci il - 1 uşaq;
2022-ci il - 1 uşaq;
2023-cü ildə - 3 uşaq;
2024-cü ildə - 8 uşaq;
2025-ci ildə - 5 uşaq;
2026-cı ildə - 3 uşaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)