İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)

29 Oktyabr 2026 16:38

Azərbaycanın üçqat Paralimpiya çempionu İlham Zəkiyev səmimi açıqlamaları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, idmançı həyatında yaşadığı ağır anlardan, övladları ilə bağlı arzusundan və tatamidə hiss etdiklərindən danışıb.

Zəkiyev bildirib ki, gözlərini açdığı ilk anda görmək istədiyi insanlar övladlarıdır. O, uşaqlarını indiyədək görə bilmədiyini də etiraf edib.

İdmançı həyatını dəyişən hadisəni xatırladaraq müharibə zamanı güllənin sol gicgahından daxil olub sağ tərəfdən çıxdığını deyib. Həmin vaxt valideynlərinə onun sağ qalacağına ümid etməmələri barədə xəbərdarlıq edildiyini bildirib.

İlham Zəkiyev qarşıya məqsəd qoyan insanın çətinliklərə baxmayaraq istəyinə çata biləcəyini vurğulayıb. O, tatamiyə çıxarkən keçirdiyi hissləri də maraqlı bənzətmə ilə ifadə edib:

" Mən hiss etdiyimi siz görə bilmirsiniz. Kimononu geyinib tatamiyə çıxanda özümü dənizdə balığın hiss etdiyi kimi hiss edirəm".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)