Ermənistan parlamentində hakim partiyanın deputatları ilə müxalifət nümayəndələri arasında qarşıdurma baş verib.
Milli.Az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, insident parlamentin iclası zamanı qeydə alınıb.
Qarşıdurmaya hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Taron Çaxoyanın çıxışı səbəb olub. Onun müxalifət nümayəndələrinə ünvanladığı ifadələr qarşı tərəfin kəskin etirazına səbəb olub.
Tərəflər arasında başlayan sözlü mübahisə əlbəyaxa davaya çevrilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)