Şəmkirdə təmir işləri görən usta yıxılaraq ölüb.
Milli.Az xəbər verir ki, hadisə rayonun Qədimqala kəndində baş verib.
1961-ci il təvəllüdlü kənd sakini Rasət Vaqif oğlu Quliyev həmkəndlisi, 1967-ci il təvəllüdlü Nazim Əli oğlu Hüseynovun evində təmir işləri görərkən pilləkəndən yıxılıb və baş nahiyəsindən xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən usta orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)