Türkiyəli televiziya prodüseri Acun Ilıcalı ilə keçmiş həyat yoldaşı Şeyma Subaşı qızları Melisanın doğum gününü birlikdə qeyd ediblər.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş cütlük bu münasibətlə qızları ilə birgə çəkdirdikləri fotonu sosial şəbəkə hesablarında paylaşıb. Ailə fotosu izləyicilərin marağına səbəb olub.
Qeyd edək ki, Acun Ilıcalı və Şeyma Subaşı 2017-ci ildə Fransada ailə qurublar. Cütlüyün evliliyi uzun sürməyib və onlar 2018-ci ildə boşanıblar. Ayrılıqlarına baxmayaraq, keçmiş həyat yoldaşları qızları Melisanın əlamətdar günlərində bir araya gəlməklə münasibətlərini qoruyurlar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)