Ermənistan prezidentinin səhhəti pisləşdi

29 Oktyabr 2026 10:41

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətinin son həftələrdə xeyli pisləşdiyi bildirilir.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, dövlət başçısı oktyabrın 27-də planlaşdırılan tədbirlərdə iştirak etməyib. Bununla yanaşı, o, İrəvanda baş tutan COP-17 iqlim sammiti çərçivəsində bir neçə tədbirə də qatılmayıb. 

Prezidentin uzun müddətdir xəstə olduğu və görünüşündə nəzərəçarpan dəyişikliklər müşahidə edildiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl Ermənistan mətbuatında Vaaqn Xaçaturyanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi və ağciyər əməliyyatı keçirdiyi barədə məlumatlar yayılmışdı. Lakin bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)